Bu ərazidə iki saat ərzində beş zəlzələ oldubackend

Bu ərazidə iki saat ərzində beş zəlzələ oldu

Seysmoloqlar bazar günü səhər beş zəlzələ qeydə alıblar, yeraltı təkanların episentrləri Sakit okeanda, Kamçatkanın şərq sahillərində yerləşib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat verib.

“Zəlzələlərin ən güclüsü bazar günü yerli vaxtla saat 10:13-də qeydə alınıb. Onun maqnitudası 4,4 olub. Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 255 km cənub-şərqdə yerləşib”, – deyə Rusiya Elmlər Akademiyasının nümayəndəsi bildirib.

O qeyd edib ki, bundan əvvəl iki saat ərzində təxminən eyni ərazidə – 3,9-4,0 bal gücündə daha dörd zəlzələ baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*