Bu ərazidə işıq olmayacaqbackend

Bu ərazidə işıq olmayacaq

Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Binə qəsəbəsində elektrik naqillərinin yenilənməsi işləri ilə əlaqədar 3-5 dekabr tarixlərində elektrik xətləri sifarişə əsasən açılacaq.

KONKRET.az xəbər verir ki, bu haqda “Azərişıq” məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 09:00-dan saat 15:00-dək Binə Atçılıq yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*