Samvel Şahramanyan Qarabağ ermənilərinə bildirib ki, indiki çətin vəziyyət haqqında çox şey deyə bilər, lakin bu, Ermənistan üçün təhlükəlidir.
KONKRET.az xəbər verir ki, Qarabağ erməniləri oktyabrın 1-dən dövlət sektorunda çalışan işçilərin maaşlarının ödənilməməsinə etiraz olaraq nümayəndəliyə toplaşıblar.
Etirazçılar əvvəlcə binaya soxulmağa cəhd ediblər, Şahramanyan onların qarşısına çıxandan sonra birlikdə binanı tərk ediblər.
“Mən sizə çox şey deyə bilərəm, lakin bu, Ermənistanın gələcək taleyi üçün ciddi təhlükədir. Biz hamımız son dərəcə çətin vəziyyətdəyik. Bizim burada düşmənimiz yoxdur: “Bizim bir düşmənimiz var və bunu hamı bilir. Mən bütün qərarlarıma görə məsuliyyət daşıyıram”, – deyə Şahramanyan bildirib.
Ariz Həsənoğlu,
KONKRET.az
