“67 il ərzində hər şeyi gördüm: müharibəni də, dostların ölümünü də. Amma bu cəsədlərin saxlanma şəraitini görəndə məni dəhşət bürüdü”.
KONKRET.az erməni portallarına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan gizlədilmiş erməni cəsədlərinin saxlanma şəraitini əks etdirən fotoşəkillər barədə danışarkən bildirib. O sözlərini belə davam edib:
“Mənə elə gəlirdi ki, artıq təəccüblənmək və ağlamaq qabiliyyətini itirmişəm, amma dünənki fotoları gördükdən sonra qanım donub qaldı. Belə vəhşilik olarmı? Bu nə hörmətsizlikdir həlak olmuş oğlanlarımıza qarşı?!”
Natiq Səlim,
KONKRET.az
