Bu gün “Tofiq Bəhramov” tam dolacaq – 30 min azarkeşbackend

Bu gün "Tofiq Bəhramov" tam dolacaq – 30 min azarkeş

Bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ” – APOEL matçında tribunaların tam dolacağı gözlənilir.

Konkret.az Qol.az-a istinadən xəbər verir ki, Ağdam klubu dünən saat 17.00-a kimi satışa çıxarılan biletlərin 24 mininin satıldığını açıqlamışdı. Yerdə qalan 6 min biletin isə bu gün oyun başlanana kimi tam satılıb bitəcəyi, beləliklə, stadiondan matçı 30 min azarkeşin canlı izləyəcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, “Qarabağ” – APOEL oyunu saat 20.30-da başlanacaq. Kiprdəki ilk matçda Azərbaycan çempionu 2:1 hesabı ilə qalib gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*