Bu gün Türkiyədə koronavirus peyvəndi vurulacaqbackend

Bu gün Türkiyədə koronavirus peyvəndi vurulacaq

Bu gün Türkiyədə ilk dəfə koronavirus peyvəndi vurulacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Məlumata görə, Çin istehsalı olan peyvəndin yaxın on gündə 1 200 – 1 300 tibb işçisinə vurulması planlaşdırılır.

Bildirilib ki, 14 gün sonra çıxan nəticələr Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) göndəriləcək. Gələcəkdə xronik xəstəliyi olan 13 min nəfərin vaksinləşdirilməsi hədəflənib.

Qeyd olunub ki, Çin ilə yanaşı, Braziliya, İndoneziya, Banqladeş də daxil olmaqla bir sıra ölkədə 10 min nəfərə bu vaksindən vurulub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*