“Bağdad İraqın şimal bölgəsində yerləşdirilmiş terror qrupları ilə bağlı öhdəliklərini yerinə yetirməsə, İran İraq ərazisini atəşə tutmağa davam edəcək”.
KONKRET.az xəbər verir ki, bu açıqlama ilə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri çıxış edib.
“Sərhəddəki vəziyyət indi əvvəlkindən qat-qat yaxşıdır, lakin təəssüf ki, bəzi qonşu ölkələr sərhədyanı ərazilərin qorunması ilə bağlı öhdəliklərini yerinə yetirmir. İraqın şimalında sərhədlərimizdə təhlükəsizliyə təhlükə yaradan silahlı separatçı qruplar var. İslam İnqilabı Keşikçiləri Korpusunun quru qüvvələri ölkənin təhlükəsizliyini təmin etmək üçün raketlər və pilotsuz uçuş aparatlarından istifadə etməklə effektiv əməliyyatlar həyata keçirib. Lakin İraq hökuməti bu qruplaşmaları tərksilah etmək və gələcək fəaliyyətlərinin qarşısını almaq öhdəliyi götürəndə biz fəaliyyətimizi dayandırdıq”, – deyə Baqiri bildirib.
İran Baş Qərargahının rəhbəri xəbərdarlıq edib ki, “adı çəkilən qruplar tərksilah edilməsə, onlara qarşı hərbi əməliyyatı təkrar edəcəyik”.
Günel Mikayılova,
KONKRET.az
