İranın BMT-dəki daimi nümayəndəsi Əmir-Səid İrəvani İsrailin müdafiə naziri İsrael Katzın İranın ali rəhbəri ilə bağlı səsləndirdiyi fikirlərə etiraz olaraq BMT-nin Baş katibinə rəsmi etiraz məktubu ünvanlayıb.
KONKRET.az xəbər verir ki, Bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
İrəvani İsrailin müdafiə nazirinin səsləndirdiyi təhdidləri İran rəsmilərinə qarşı yönəlmiş “qəsdən və sistemli dövlət terroru siyasətinin bir hissəsi” adlandırıb.
O, bildirib ki, İsrailin İrana qarşı hərəkətləri beynəlxalq hüququn pozulmasıdır və bu addımlar İranın siyasi və hərbi rəhbərliyinə qarşı açıq təhdid xarakteri daşıyır.
İran nümayəndəsi BMT Təhlükəsizlik Şurasını da tənqid edərək bildirib ki, qurum İsrailin cəzasız şəkildə hərəkət etməsinə şərait yaradıb.
Sonda İrəvani vurğulayıb ki, Tehran istənilən düşmən addımına qəti şəkildə cavab verəcək.
Müşviq Tofiqoğlu
KONKRET.az
