Paşinyan ETİRAF ETDİ: “Rusiya ilə münasibətləri…”backend

Paşinyan ETİRAF ETDİ: "Rusiya ilə münasibətləri..."

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Avropa İttifaqı ilə yaxınlaşmanı davam etdirsə də, Rusiya ilə münasibətlərdə böhran yaratmaq niyyətində deyil.

KONKRET.az xəbər verir ki, Ermənistan hökumətinin başçısı qeyd edib ki, onun təşəbbüsü ilə ötən gün Rusiyanın Baş naziri Mixail Mişustinlə telefon danışığı baş tutub. Tərəflər yaxın vaxtlarda ikitərəfli gündəmdə olan aktual məsələlərin ətraflı müzakirəsini davam etdirmək barədə razılığa gəliblər.

Paşinyanın sözlərinə görə, Ermənistan beynəlxalq tərəfdaşlarının maraqlarını nəzərə alır, lakin ilk növbədə öz milli maraqlarını rəhbər tutur.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*