Bu il birinci sinfə gedəcək uşaqların SAYIbackend

Bu il birinci sinfə gedəcək uşaqların SAYI

2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi başa çatıb.

KONKRET.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, mayın 6-dan həyata keçirilən elektron qəbul prosesi sentyabrın 3-də yekunlaşıb.

Qəbul prosesi çərçivəsində 124 mindən çox uşağın I sinfə qəbulu tamamlanıb.

Qeyd edək ki, I sinfə elektron qəbul prosesi müvafiq elektron sistem vasitəsilə həyata keçirilib və valideynlərə övladlarının ümumi təhsil müəssisələrinə qəbulunu elektron formada həyata keçirmək imkanı yaradılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*