Bu izlər varsa, həmin avtomobili almayın – XƏBƏRDARLIQbackend

Bu izlər varsa, həmin avtomobili almayın - XƏBƏRDARLIQ

Bəzən xaricdən maşın sifariş edərkən avtomobillərin su altında qalıb-qalmaması ilə bağlı məsələ sürücülər üçün ciddi problem yaradır. Belə hallardan sonra isə avtomobil bazarında “ikinci əl” adı ilə satışa çıxarılan subasmış nəqliyyat vasitələrinin sayının artdığı bildirilir.

Bəs, su altında qalan avtomobili necə müəyyən etmək olar?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, su basmış avtomobili müəyyən etməyin bir neçə yolu var.

Yasin Mustafayev: Vahid ödəniş sistemi ictimai nəqliyyatda endirim  imkanları yaradacaq

“İlk növbədə avtomobilin salonu və yük yerindəki örtüklər qaldırılmalı, alt hissə diqqətlə yoxlanmalıdır. Əgər həmin hissələrdə pas izi aşkarlanarsa, bu, avtomobilin su altında qaldığını göstərə bilər. Belə nəqliyyat vasitələri sonradan çürüməyə daha meyilli olur.

Ekspert qeyd edib ki, bəzi hallarda subasma avtomobil üçün kritik təhlükə yaratmaya da bilər:

“Məsələn, avtomobil həmin gün sudan çıxarılıb tam sökülərək vaxtında qurudularsa, fəsadların qarşısını almaq mümkündür. Əsas məsələ su dəymiş hissələrin peşəkar şəkildə qurudulmasıdır.

Mühərrik çox nadir hallarda ciddi zərər görür. Bu kimi problemləri avtomobil həvəskarları müəyyən edə bilir”.

Mütəxəssis alıcılara ikinci əl avtomobil alarkən tələsməməyi, xüsusilə yağış və sel hadisələrindən sonra satışa çıxarılan nəqliyyat vasitələrini daha diqqətlə yoxlamağı tövsiyə edib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*