“Bu kart Əliyevə böyük şans verir” – Hayk Xalatyanbackend

"Bu kart Əliyevə böyük şans verir" - Hayk Xalatyan

“Ermənistan Aİ-nin Qafqazdakı nümayəndəsi Toivo Kların səfərinə böyük ümidlər bəsləməməlidir. Çünki Əliyev yaxşı bilir ki, Aİ-nin ona təsir rıçaqları yoxdur. Qafqazda vasitəçi olaraq aktiv rol çox məhduddur”.

KONKRET.az xəbər verir ki, bunu analitik Hayk Xalatyan deyib.

O, bu gün Azərbaycan Prezidentinə böyük hüquqlar verən mühüm amilləri xatırladıb:

“Azərbaycan həm enerji, həm də anti-İran siyasətində Aİ-nin tərəfdaşı ola bilər və bu kart Əliyevə vahid Qərb və Rusiyanın təklif etdiyi paylar arasında seçim etmək imkanı verir. Bu məsələdə biz ən əlverişsiz vəziyyətdəyik, çünki əslində biz təslim olmuşuq”, – Hayk Xalatyan bildirib.

Onun fikrincə, Paşinyanın “artsaxda”kı vəziyyəti necə həll edəcəyini yalnız xarici təzyiq qüvvələrindən alınan təminatlar müəyyən edəcək.

“Faktiki olaraq, “artsax”ın taleyi daha çox Nikola öz kreslosunu saxlayacağına söz verən ölkənin tətbiq etdiyi ssenariyə görə müəyyənləşəcək”, – deyə erməni analitik əlavə edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*