Bu kənddə kanaldan su əvəzinə zibil axır – VİDEObackend

Bu kənddə kanaldan su əvəzinə zibil axır - VİDEO

Xaçmazın Arzu kəndi əməlli-başlı çirkab içindədir.

KONKRET.az-ın şimal bürosu xəbər verir ki, kənd boyu uzanan suvarma kanalı əsl antisanitariya mənbəyidir. Belə ki, kənddə zibillik üçün xüsusi sahə olmadığına görə əhali məişət tullantılarını birbaşa kanala atır. Sakinlər illərdir bu problemdən əziyyət çəkdiklərini deyirlər.

Məsələ ilə bağlı Xaçmaz Rayon “Yergüc” Sudan İstifadə Edənlər Birliyinin sədri Niftəli Əspəndiyev bildirib ki, kanalı dəfələrlə təmizləsələr də, problemi tam aradan qaldırmaq mümkün olmayıb. Çünki kənddə zibillik üçün xüsusi sahə və zibil qutuları yoxdur. N.Əspəndiyev onu da əlavə edib ki, kanalın üzərində tikilən obyektlər də içini texnika ilə tam təmizləməyə imkan vermir.

Kənd bələdiyyəsinin sədri Faiq Məhərrəmov da ərazinin təmizlənməsi istiqamətində bələdiyyə tərəfindən işlər aparıldığını vurğulayıb. Deyib ki, vaxtilə kəndə zibil qutuları qoyulsa da, əhali daşınma xərclərini ödəmədiyi üçün mövcud mənzərə yaranıb. Bələdiyyə sədri problemi gündəmdə saxlayacaqlarına söz verib.

Emin Kərimov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*