Bu kəndlərin Azərbaycana verilməsi TƏSDİQLƏNDİ – Təcili AÇIQLAMAbackend

Bu kəndlərin Azərbaycana verilməsi TƏSDİQLƏNDİ – Təcili AÇIQLAMA

Ermənistan mübahisəli anklav kəndlərin Azərbaycana veriləcəyini təsdiqləyib.

KONKRET.az xəbər verir ki, hakim “Mülki Müqavilə” partiyasının deputatı Lilit Minasyan medianın suallarını cavablandırarkən bildirib ki, sərhəd delimitasiyası komissiyaları artıq sənədlərin mübadiləsinə başlayıb.

Erməni mediası yazır ki, Yerevanın problemi həll etmək üçün çox vaxtı yoxdur, dolayısı ilə prosesə məhz Bakı rəhbərlik edir, kəndlərin dərhal təslim edilməsini tələb edir. Belə olan halda Ermənistan regionda qaz və nəqliyyat infrastrukturuna nəzarəti itirəcək.

Minasyan sərhədin bu hissəsində Ermənistanın təhlükəsizliyinə cavabdeh olan 3-cü Ordu Korpusunun taleyi ilə bağlı suala cavab verməyib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*