Bu markada CİDDİ QÜSUR: 1 milyon avtomobil geri çağırılırbackend

Bu markada CİDDİ QÜSUR: 1 milyon avtomobil geri çağırılır

“Mercedes-Benz” dünya üzrə 1 milyona yaxın avtomobili təcili geri çağırmağa başladığını açıqlayıb.

KONKRET.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə şirkət bəyanat yayıb.

Bildirilib ki, avtomobillərin geri çağırılmasına səbəb əyləc gücləndiricisində mümkün problemlərdir.

2004-2015-ci illər arasında istehsal edilmiş ML, GL (BR 164) və R-Class (BR 251) seriyasından olan modellər geri çağırılacaq.

“Bu avtomobillərin bəziləri üçün əyləc gücləndirici funksiyası əlaqə sahəsindəki korroziyadan təsir görə bilər”, – şirkətdən bildirilib.

Məlumata görə, dünya üzrə 993 407 avtomobil, o cümlədən Almaniyada 70 000 avtomobil geri çağırılacaq.

2021-ci ilin iyul ayında “Mercedes” rekord diapazonlu elektrik avtomobilini buraxıb. 2022-ci ildən şirkətin hər bir model diapazonunda tam elektrik modeli satmağa başlayacağı, 2025-ci ildən isə satılan hər bir modelin sırf elektrik versiyası ilə təklif ediləcəyi planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*