Bu məbləğdən az qazanırsınızsa, Bakıda yaşamaq çətin olacaqbackend

Bu məbləğdən az qazanırsınızsa, Bakıda yaşamaq çətin olacaq

Bakıda 4 nəfərlik ailə üçün kirayədə yaşamaq aylıq büdcənin ciddi hissəsini aparır. Mənzil haqqının üzərinə ərzaq, kommunal ödənişlər, nəqliyyat və digər gündəlik xərclər də əlavə olunduqda ailənin ay ərzində normal dolanması üçün tələb olunan məbləğ kifayət qədər artır.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan iqtisadi məsələlər üzrə vəkil Əkrəm Həsənov ailənin aylıq xərcinin evdə neçə nəfərin yaşamasından, onların yaşından və işləyib-işləməməsindən asılı olduğunu deyib:

“Bunun konkret cavabı ailə üzvlərinin sayından, yaşından və işləyib-işləməməsindən asılıdır. Məsələn, ailədə məktəbə gedən uşaq və ya tələbə varsa, onların ayrıca xərcləri olur. Yemək xərcləri də ailənin üzvlərinin yaşından asılı olaraq dəyişir. İnsan böyüdükcə təbii olaraq daha çox qida qəbul edir. Geyim xərclərində isə əksinə, uşaqlar üçün daha çox xərc tələb olunur. Çünki uşaq böyüdükcə geyim və ayaqqabı ölçüləri dəyişir.

İnsan yetkin yaşa çatdıqdan və fiziki inkişafı tamamlandıqdan sonra eyni paltar və ayaqqabıdan uzun müddət istifadə edə bilər”.

Hüquqşünasın sözlərinə görə, Bakıda kirayə pulu evin hansı ərazidə yerləşməsindən asılı olaraq dəyişir:

“Kirayə məsələsi də yaşanılan ərazidən asılıdır. Bakı böyük şəhərdir və burada kirayə qiymətləri əraziyə görə dəyişir. Mənim hesablamalarıma görə, Bakıda dörd nəfərlik bir ailənin minimum aylıq 1500-2000 manat gəlirə ehtiyacı var. Bu, minimum rəqəmdir və əslində xərclər bundan da çox ola bilər.

Buna görə də, xüsusilə Bakıda sabit işi və gəliri olmayan ailələrin imkan daxilində bölgələrdə yaşaması və orada fəaliyyət göstərməsi daha məqsədəuyğun olar. Bunun da asan olmadığını başa düşürəm. Lakin Bakıda yaşayış xərcləri ilə yanaşı, şəhərin infrastrukturu, ekologiyası və nəqliyyat sıxlığı kimi əlavə problemlər də var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*