Bu yay “Qarabağ”dan “Seltik”ə keçən Kamilo Duran karyerasında ilk dəfə Kolumbiya millisinə dəvət alıb.
KONKRET.az qol.az-a istinadla xəbər verir ki, bu barədə Şotlandiya klubunun baş məşqçisi Martin O’Nil mətbuat konfransında məlumat verib.
O, Duranın son məşqdə iştirak etməməsinin səbəbini izah edərkən bildirib:
“Vizaya görə Londona getməli idi. Kolumbiya milli komandasına çağırılıb və bunu həll edə biləcəyi yeganə vaxt bu səhər idi”.
Qeyd edək ki, Kolumbiya millisi sentyabr və oktyabr aylarında Meksika, Paraqvay və Peru ilə yoldaşlıq oyunları keçirəcək.
Əlavə edək ki, artıq “Seltik”in aparıcı futbolçularından olan Kamilo Duran Şotlandiya klubundakı ilk 10 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə edib. O, ötən mövsüm “Qarabağ”ın heyətində UEFA Çempionlar Liqasında isə 5 qol vurmuşdu.
