Sürücülərə xəbərdarlıq: Bu parklanma yerləri bağlanırbackend

Sürücülərə xəbərdarlıq: Bu parklanma yerləri bağlanır

Formula-1 yarışları ilə əlaqədar Bakıda bəzi parklanma məntəqələrində müvəqqəti məhdudiyyət tətbiq olunacaq.

Bu barədə KONKRET.az-a AzParking-dən məlumat verilib.

Məlumata görə, 18–29 sentyabr tarixlərində nəqliyyat xidmətinin təşkili ilə əlaqədar bir sıra parklanma sahələrində məhdudiyyət olacaq.

Məhdudiyyət Səməd Vurğun küçəsində yerləşən P90072 nömrəli parklanma məntəqəsini tam əhatə edəcək.

Üzeyir Hacıbəyli küçəsində yerləşən P90006-P98006, Əbdülkərim Əlizadə küçəsində yerləşən P98111-P90111 və Rəsul Rza küçəsində yerləşən P90079 nömrəli parklanma məntəqələrinin isə müəyyən hissələrində məhdudiyyət tətbiq olunacaq.

Sürücülərdən qeyd olunan ərazilərdə parklanma nişanlarına diqqət yetirmələri xahiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*