Avstriya Bağdaddakı səfirliyini bağlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Xarici İşlər Nazirliyi yayıb. Buna son günlərdə Yaxın Şərqdə yaranmış gərginlik səbəb olub.
Təhlükəsizlik səbəbiylə atılan addımdan sonra konsulluq məsələlərini müvəqqəti olaraq ölkənin Əmmandakı səfirliyi icra edəcək.
Bundan başqa, Avstriya vətəndaşlarını İraqa səfər etməkdən çəkinməyə çağırıb.
Qafqazinfo
