Bu ölkə də türk dünyasına inteqrasiyanı gücləndirəcək – FOTOLARbackend

Bu ölkə də türk dünyasına inteqrasiyanı gücləndirəcək - FOTOLAR

Qırğızıstan Prezidenti Beynəlxalq Türk Akademiyasının fəaliyyətini yüksək qiymətləndirib

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Darxan Kıdıralı ilə görüşüb. Qırğız prezidentinin iqamətgahında baş tutan İkitərəfli görüşdə təhsil  və elmi tədqiqatlar sahəsində əməkdaşlıq müzakirə olunub.

KONKRET.az xəbər verir ki, Qırğız prezidenti BTA rəhbərliyinə “Manas” dastanının  dünyada yayılmasındakı fəaliyyətinə və 2018-ci ildə Çingiz Aytmatovun 90 illiyi  münasibəti ilə keçirdiyi tədbirlərə görə minnətdarlığını bildirib. O, Akademiyanın türk irsinin və elminin, türk tarixinin araşdırılmasında apardığı gərgin əməyi və tədqiqatları yüksək qiymətləndirib. Akademiyanın dünyanın müxtəlif ölkələrində keçirdiyi seminar, simpozim və konfransların türk irsinin və elminin tədqiqində böyük əhəmiyyəti olduğunu bildirib. Prezident qeyd edib ki, türk dövlətləri ilə akademiya arasındakı mədəni-humanitar əməkdaşlığın dövlətlər arasındakı münasibətlərin yüksəlməsində müstəsna rolu var. Qırğız dövlət başçısı eyni zamanda Yusub Balasaqunun “Kutadqu Bilik” əsərinin yazılmasının 950 illik yubileyi münasibəti ilə  noyabr ayında beynəlxalq konfransın keçiriləcəyini bildirib.

 

BTA prezidenti Darxan Kıdıralı Akademiyanın fəaliyyəti barədə geniş məlumat verib,  bu günə qədər görülən işlər, keçirilən beynəlxalq simpozium və konfranslar, beynəlxalq ekspedisiyalar  eyni zamanda Akademiya tərəfindən Qırğızıstanda və  üzv ölkələrdə keçirəcəkləri tədbirlər haqqında danışıb.

Görüşdə Türk Akademiyasının professoru Kıdıralı Konkobayev də iştirak edib.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Onu da bildirək ki,  2018-ci ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralını Azərbaycan və Qazaxıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif  etmişdi.

Bir cavab yazın