Bu ölkə nüvə silahı əldə edə bilər – VİDEObackend

Bu ölkə nüvə silahı əldə edə bilər - VİDEO

Polşa nüvə silahı əldə edə bilər.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, NATO-da bu ehtimal istisna edilmir.

Qeyd edilib ki, Polşanın blokdakı müttəfiqləri ölkəni bu proqrama cəlb etməyi ciddi şəkildə planlaşdırır.

Məlumata görə, Polşanın Baş naziri Mateuş Moravetski bu yaxınlarda NATO-nu ölkəsini mümkün qədər tez nüvə silahı ilə təmin etməyə çağırıb.

Baş nazir qeyd edib ki, Rusiya taktiki nüvə silahını Belarusda yerləşdirdikdən sonra Polşa da indi ən yüksək səviyyədə təhlükəsizliyini təmin etmək istəyir.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Polşada nüvə silahının mümkün yerləşdirilməsi ondan istifadə təhlükəsi yaradır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*