Bu ölkə qara təslim oldu – 6 günə 40 ölü / VİDEObackend

Bu ölkə qara təslim oldu - 6 günə 40 ölü / VİDEO

Yanvarın 12-dən bəri ABŞ-da davam edən qar yağışı səbəbində ölkənin müxtəlif bölgələrində həyat tamam iflic olub. ABŞ-ın 6 ştatı soyuq hava səbəbindən viran qalıb.

KONKRET.az xəbər verir ki, şaxtanın təsirindən Tennessi, Nyu York, Arkanzas, Kanzas, Oreqon və Missisipi ştatlarında ölənlərin sayının 40-a yüksəldiyi bildirilib. Səhiyyə İdarəsi və yerli səlahiyyətlilər tərəfindən Tennessi ştatında cəmi 7 nəfərin öldüyü bildirilərkən, digər 5 ştatda isə 14 nəfərin öldüyü açıqlanıb.

Davamlı qar yağışı və soyuq dalğalar səbəbiylə hər saniyə donma riskinin artdığı ABŞ-da bu gün 1090 reys ləğv edilib.

Ölkə mətbuatının təqdim etdiyi görüntülər kino səhnələrini xatırladır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*