Estoniya hökuməti işini itirənlərə kömək etmək qərarına gəlib. Baltikyanı ölkədə virusa görə belə vəziyyətə düşənlərə kompensasiya ödəyəcəklər.
KONKRET.az xəbər verir ki, Estoniyanın sosial işlər naziri Tanel Kiyk işini itirənlərə maddi yardım haqqında danışıb. Nazirin sözlərinə görə, onlara gəlirlərinin təxminən 70 faizi qədər pul veriləcək.
Hökumətin qərarında kimlərin kompensasiya alacağı dəqiq yazılıb. Söhbət daha çox dövlət büdcəsindən maliyyələşən təşkilatlardakı işini itirmiş şəxslərdən və virusun zərbə vurduğu sahibkarlıq istiqamətlərindən gedir. Kiyk deyib ki, hökumət hələlik 2-3 ay yardım etməyə hazırdır. Müddət uzadıla da bilər.
Estoniya hökuməti bir az əvvəl mayın 1-nə qədər fövqəladə vəziyyət elan etmişdi. Ölkədə 225 virus daşıyıcısı olduğu bildirilir.

Ne. Qeder pul ayrilib.