Bu ölkə yaşı 100-ü keçmiş insanların sayı ilə dünyada liderdirbackend

Bu ölkə yaşı 100-ü keçmiş insanların sayı ilə dünyada liderdir

Yaponiyada yaşı 100-ü keçmiş insanların sayı ardıcıl 52 il artaraq 90 526 nəfərə çatıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi məlumat yayıb.

Rəsmi məlumatlara görə, yaşı 100-ü keçmiş insanların sayı 52 il artaraq 90 526 nəfərə çatıb. 100 yaşdan yuxarı əhalinin 88,6 faizini qadınlar təşkil edir.

Yaponiyanın ən yaşlı qadını Osaka əyalətində yaşayan 115 yaşlı Fusa Tatsumi, ən yaşlı kişi isə Xirosima əyalətində yaşayan 111 yaşlı Şigeru Nakamura olaraq qeyd edilib.

Məlumata görə, 1963-cü ildə Yaponiyada yaşı 100-ü keçmiş cəmi 153 nəfər olub. Bu rəqəm 1981-ci ildə 1000-i, 1998-ci ildə 10 mini, 2012-ci ildə isə 50 mini keçib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*