Moldova Konstitusiya Məhkəməsi parlamentin dövlət dilinin adının Moldova dilindən rumın dilinə dəyişdirilməsi ilə bağlı qərarını qanuni hesab edib.
“Report” xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin sədri Domnika Manole iclasdan sonra məlumat verib.
Bu təşəbbüs Kişineuda müzakirələrə və etirazlara səbəb olub.
Qeyd edək ki, latın əlifbasına əsaslanan Moldova dili rumın dili ilə tamamilə eynidir.
Hazırda ölkənin bütün məktəb və universitetlərində rumın dili keçilir, istisna Dnestryanı bölgədir, burada kiril əlifbasına əsaslanan Moldova dili tədris olunur.

Halal olsun . İNŞALLAH bizdə bir gün dilimiz öz adıyla yəni Türk dili olaraq dəyişərik
Millet oz diline sahib cixmalidir, aferin…bizim dilimiz turk dili olsa da, aramizdaki satqinlar buna imkan vermirler.