Koronavirusa görə dünyanın çox yerində panika var. İnsanlar marketlərdən maksimum çox ərzaq almağa çalışır. Xüsusilə tualet kağızına böyük tələbat var.
KONKRET.az xəbər verir ki, İsveçdə insanların bu tələbat malına aşırı ehtiyacını tənzimləmək qərarına gəliblər. Marketlərdə tualet kağızlarını polislər qorumağa başlayıb. “Facebook”un Azərbaycan seqmentində bununla bağlı fotolar paylaşılır. İsveçin paytaxtı Stokholmda yaşayan Könül Həsənova marketdə gördüyü mənzərəyə xeyli təəccübləndiyini yazıb.
Skandinaviya ölkələri koronavirusa yoluxma statistikasında ön sıralarda gedir. Norveçdə 1319, İsveçdə 1103, Finlandiyada isə 278 belə hal qeydə alınıb.
