Bu ölkələr qəlyan çəkməyi qadağan etdibackend

Bu ölkələr qəlyan çəkməyi qadağan etdi

Qətər Səhiyyə Nazirliyi koronavirusun yayılması təhlükəsi ilə əlaqədar bütün restoranlarda və qəhvə evlərində qəlyan və siqaret çəkməsinə müvəqqəti qadağa qoyub.

KONKRET.az RİA Novostiyə istinadən xəbər verir ki, bundan əvvəl Küveyt tərəfindən ictimai yerlərdə qəlyana qadağa qoyulmuşdu.

“Bütün restoranlarda və qəhvə evlərində koronavirusun yayılmasına qarşı görülən profilaktik tədbirlərin bir hissəsi olaraq qəlyan təklif etmək qadağandır. Bu qadağanı pozanlar inzibati cəzaya məruz qalacaqlar”.

Həkimlər insanların istifadə etdikləri qəlyanların, ağız boşluğuna birdəfəlik plastik uclar qoymasına baxmayaraq, hələ də koronavirusun yayılma mənbəyinə çevrilə biləcəyindən qorxurlar.

Qətərdə, əsasən, İrandan qayıdanlarda yeni koronavirusun 18 halı aşkarlanıb. Əmirlik koronavirus xəstəliyi hallarının Qətərdə yayılmaması üçün 14 ölkənin vətəndaşlarına qadağa qoyub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*