Bu ölkələrdə COVID-19-a yoluxma və ölüm halları ARTIRbackend

Bu ölkələrdə COVID-19-a yoluxma və ölüm halları ARTIR

Qərbi Balkan regionu ölkələrindən Serbiya, Monteneqro və Bosniya və Herseqovinada COVID-19 infeksiyasına yoluxma və ölüm halları artmağa başlayıb.

KONKRET.az xəbər verir ki, Serbiyanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, son 24 saat ərzində virusa 7061 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər ölüb.

Turizm mövsümünün təsiri ilə COVID-19-a yoluxanların sayında artım müşahidə edilən Monteneqroda isə ötən sutka koronavirusa yoluxma sayı 789 olub. Son 24 saatda Bosniya və Herseqovinada 6 nəfər koronavirusun qurbanı olub, 555 yeni yoluxma faktı qeydə alınıb.

Bu vaxtadək Serbiyada 16 min 394, Monteneqroda 2756, Bosniya və Herseqovinada isə 15 min 933 koronavirusun qurbanı olub.

Serbiyada COVID-19 əleyhinə peyvəndin bütün dozalarını qəbul edənlərin əhali sayına nisbəti 47,5 faiz, Monteneqroda 45 faiz və Bosniya və Herseqovinada 25,8 faizdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*