Bu ölkələrdə topa başla vurmaq qadağan edildibackend

Bu ölkələrdə topa başla vurmaq qadağan edildi

İngiltərə, Şotlandiya və Şimali İrlandiyada 12 yaşadək futbolçuların məşq zamanı topa başla zərbə vurmaları qadağan edilib.

KONKRET.az Türkiyənin “NTVSpor” portalına istinadla xəbər verir ki, bu qadağaya səbəb uşaqlarda ciddi fəsadlarla nəticələnə bilən kəllə-beyin travmalarının qarşısını almaqdır. Bu qadağanın tədricən 12-16 yaşlı yeniyetmələrə də tətbiq olunacağı bildirilib.

Qeyd edək ki, qadağalar yalnız təlim-məşq toplanışlarında qüvvədə olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*