Bu ölkənin baş naziri maaşını Ukraynaya silah almaq üçün bağışladıbackend

Bu ölkənin baş naziri maaşını Ukraynaya silah almaq üçün bağışladı

Bolqarıstanın baş nazir Kiril Petkov bir aylıq maaşını Ukraynaya silah almaq üçün bağışlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə baş naziri Kiril Petkov sosial şəbəkədə paylaşım edib:

“Ukraynaya həqiqətən kömək etmək istəyən hər bir Bolqarıstan vətəndaşını mənim kimi maaşını bağışlamağa çağırıram. Söz asan, iş çətindir. Sosial mediada cəsarətli yazılar indi Ukraynaya əsl dəstəyə çevrilməlidir”.

Həmçinin Petkov ianəsinin bank qəbzini də bölüşüb.

Bu arada Bolqarıstan hökumətini təşkil edən 4 siyasi qüvvənin liderləri Ukraynaya silah yardımı göndərilməsi ilə bağlı konsensusa nail olmaq üçün görüş keçirəcək.

Digər tərəfdən koalisiyanın tərəfdaşlarından biri, Bolqarıstan Sosialist Partiyası (BSP) lideri, iqtisadiyyat naziri Korneliya Ninova “Ukraynaya bircə bolqar gülləsi göndərilsə, koalisiyadan çıxacağıq” deyərək Rusiyaya qarşı sanksiyaların tətbiqinə qarşı çıxıb.

İqbal Rzayev,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*