Belçikada ilk dəfə qadın hökumət başçısı olub.
KONKRET.AZ xarici mediaya istinadla xəbər verir ki, ölkənin Baş Naziri vəzifəsini Sofi Vilmes icra etməyə başlayıb.
44 yaşlı qadın bundan əvvəl Belçikanın Maliyyə naziri vəzifəsində çalışıb.
Sofi Vilmes bu vəzifədə Şarl Mişeli əvəz edib. Sabiq Baş nazir Şarl Mişel isə Avropa Şurasının sədri təyin edilib.
