Tailandda fitosanitar sertifikatı olmayan meyvələri ölkəyə gətirən turistlər 20 min baht (580 dollar) məbləğində cərimə və ya bir il həbs olunacaq.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tailandın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Nazir Rapipxat Çantarasrivonq vurğulayıb ki, həm yerli, həm də xarici turistlər bu qanuna tabedirlər:
“İndi turistlər ölkəyə dincəlməyə gəlirlər. Onlar özləri ilə Taylanddan daha ucuz olan xurma və üzüm kimi müxtəlif meyvələr gətirirlər. Sizə xəbərdarlıq etmək istərdik ki, bu cür davranış qanuna ziddir”.
Çantarasrivonq əlavə edib ki, Kənd Təsərrüfatı Nazirliyi və Taylandın hava limanı qanunun tətbiqi üçün birgə əməkdaşlıq edir.
İqbal Rzayev,
KONKRET.az
