ABŞ administrasiyası hesab edir ki, Ukrayna hazırkı mərhələdə müdafiə taktikasına üstünlük verməlidir.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens “The Times” nəşrinə müsahibəsində bildirib.
Vitse-prezident xatırladıb ki, 2023-cü ilin yayında əsas müzakirə mövzusu Ukraynanın genişmiqyaslı əks-hücuma keçib-keçməməsi idi.
Onun sözlərinə görə, praktiki olaraq bütün Qərb dünyası, o cümlədən ABŞ-ın keçmiş prezidenti Co Bayden Ukraynanı irimiqyaslı əks-hücuma təşviq edirdi. Lakin geriyə baxdıqda bunun həm strateji, həm də taktiki baxımdan fəlakət olduğu görünür.
Müşviq Tofiqoğlu
KONKRET.az
