backend

"Bu, Prezidentin parlamenti deyil, onlar dövlət başçısını müdafiə etmir və başqa kanallara işləyir" - ŞOK AÇIQLAMA

Azərbaycan parlamentinin ölkədə gedən islahatlara dəstək verə bilmədiyi, həyata keçirilən işlərə dinamik və çevik münasibət sərgiləmədiyi göz qabağındadır. Elə bu səbəbdəndir ki, zaman-zaman parlamentin buraxılmasnın və yeni seçkilərin keçirilməsinin vacibliyi haqda fikirlər səsləndirilir. Çünki çox az sayda millət vəkillərindən başqa digərləri seçildikləri dairələr üzrə vətəndaşların problemləri ilə maraqlanmır və siysi islahatların sürəti ilə ayaqlaşa bilmir. Bəs görəsən parlamentin buraxılması gündəmdədirmi? 

Mövzunu KONKRET.az-a şərh edən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, bu, ölkə Prezidentinin parlamenti deyil: “Parlamentdə təmsil olunan əksər millət vəkilləri ölkə başçısının siyasətinə uyğun addım ata bilmir. Onlar dövlət başçısını müdafiə etmirlər və başqa kanallara işləyirlər. Ona görə də, bu parlamentlə yaxşı bir tərəfə gedib çıxa bilmərik. Hər gün siyasət və situasiya dəyişir və müəyyən proseslər gedir. Düşünürəm ki, həmin proseslərə uyğun addımlar atılacaq. Yeni siyasi açılımın olacağı, Konstitusiyada dəyişikliklərin ediləcəyi, parlamentin buraxılacağı və proporsional seçki sisteminin tətbiqi istisna deyil”.

Hafiz Hacıyev pensiyadan İMTİNA ETDİ: “Mənə lazım deyil”

Partiya sədri deyir ki, gərək deputatların özləri də dövlət başçısının bugünki siyasi kursuna dəstək verib-vermədikləri haqda özlərinə sual versinlər: “Özləri bir vaxtlar Prezidentin siyasi xəttini doğrulda bilmədiklərini və parlamentin buraxılmalı olduğunu etiraf edirdilər. Təəssüf ki, Ramiz Mehdiyev həmin adamları yenidən parlamentə qaytardı. Hər halda ağıllı adamlar bu haqda düşünürlər. İstərdim ki, Prezidentin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə uyğun parlament formalaşsın və dövlət başçısına yardım etsin. Amma iki-üç nəfərdən başqa digər millət vəkilləri ağızlarına su alıb oturublar və heç bir işlə məşğul deyillər”.

Müşviq Tofiqoğlu,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*