Elm adamları Yer kürəsinə gələcək dəhşətli fəlakətin tarixini açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
Belə ki, NASA nəinki göy cismini müşahidə edə, həm də onun düşmə tarixini və vaxtını hesablaya bilib. Təəssüf ki, fəlakətə elə də uzun müddət qalmayıb.
Alimlərin fikrincə, 2046-cı il fevralın 14-də Piza qülləsi boyda meteorit Yerə düşəcək.
Bu, müəyyən vaxtda – saat 16:44-də baş verəcək. Proqnozlaşdırılan zonalar Hindistandan Sakit okeana və qərbdən ABŞ-ın şərq sahillərinə qədər uzanır. Los-Anceles, Havay və Vaşinqton bu zonaya düşür.
Əlbəttə, hələ kifayət qədər vaxt var. Və düşünmək olardı ki, hər şey dəyişə bilər və meteorit yerin yanından keçəcək. Lakin alimlər onların proqnozunun doğru olduğuna əmindirlər.
Bütün hesablamalara görə, hadisə məhz bu zaman baş verəcək. Əvvəlcə toqquşma ehtimalı orta-yüksək olaraq qiymətləndirilirdisə, bir həftə ərzində bu ehtimal min dəfə artıb.
Xuraman Etibarlı,
KONKRET.az

Den Valentinin başına daş düşdü ki …..