Polis əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Ağdaş və Zaqatala rayonlarında yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
KONKRET.az xəbər verir ki, ümumi çəkisi 5 ton olan 11 870 ədəd çətənə kolu yandırılaraq məhv edilib.
Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayonun Zəyəm kəndində yabanı halda bitən, çəkisi 3 tona yaxın olan 6558 ədəd narkotik tərkibli bitki yandırılaraq məhv edilib.