Vilyam Hacıyev danışdı – Azadlıqda ilk FOTOSUbackend

Vilyam Hacıyev danışdı - Azadlıqda ilk FOTOSU

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev ötən gün azadlığa buraxılıb.

KONKRET.az xəbər verir ki, Vilyam Hacıyev həbsdən çıxıqdan sonra “Qafqazinfo”ya açıqlama verib.

O, xəstəliyi ilə bağlı müraciətinə müsbət qərar verilməsinə, humanizmə görə ilk növbədə Prezident İlham Əliyevə təşəkkür edib.

V. Hacıyev həbsdən çıxdıqdan sonra Birinci Fəxri xiyabana gedib, Ümummilli Lider Heydər Əliyevin və xanımı, görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarını ziyarət edib.

Səhhəti ilə bağlı vəziyyətə gəlincə eks-icra başçısı hazırda müalicəyə başladığını qeyd edib.

Xatırladaq ki, V. Hacıyev 8 il 6 ay azadlıqdan məhrum edilmişdi. O, cəzasının yarıdan çoxunu çəkməsi və səhhəti ilə bağlı cəzasının qalan hissəsindən şərti olaraq azad edilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*