2012-ci ildə tikintisinə başlanılan və 2017-ci ildə təhvil verilən Gəncə Dövlət Filarmoniyasının binası çökür.
KONKRET.az Axar.az-a istinadən xəbər verir ki, görüntülərdə binanın bir tərəfindəki çökmələrin ciddi fəsadlara yol açdığı, hətta tikilinin əsas sütunlarının zədələndiyi aydın görünür.
Qeyd edək ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində və balansındadır. Binanın tikintisinə onmilyonlarla manat vəsait ayrılıb.
