Gərginlik bitmir: Batumidə “Beşiktaş” və “Hapoel” azarkeşləri arasında yenidən qarşıdurma – VİDEObackend

Gərginlik bitmir: Batumidə “Beşiktaş” və “Hapoel” azarkeşləri arasında yenidən qarşıdurma - VİDEO

Gürcüstanın Batumi hava limanında İsrailin “Hapoel Beer-Şeva” və Türkiyənin “Beşiktaş” futbol klublarının azarkeşləri arasında insident baş verib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, Gürcüstan polisi kütləvi qarşıdurmanın qarşısını almaq üçün azarkeşləri ayırıb.

Yayılan görüntülərə görə, türkiyəli azarkeşlər İsrail əleyhinə şüarlar səsləndirib, israilli azarkeşlər İsrail bayrağı qaldırıblar.

Azarkeşlərin hər iki komandadan olan qrupları əlverişsiz hava şəraiti səbəbindən Batumidən ayrıla bilməyib. “Hapoel”in futbolçuları və məşqçilər heyətinin isə hava limanında gücləndirilmiş mühafizə altında ayrıca otaqda saxlanıldığı bildirilib.

Qeyd edək ki, daha əvvəl “Beşiktaş” və “Hapoel Beer-Şeva” arasında keçirilən matç zamanı da insident baş vermişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*