Bu sahədə çalışan həkimlərə əlavələr VERİLƏCƏKbackend

Bu sahədə çalışan həkimlərə əlavələr VERİLƏCƏK

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb.

KONKRET.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2024-cü il iyulun 1-dək uzadılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*