Bu sahibkarlara güzəştlər ediləcək – Prezidentin SƏRƏNCAMIbackend

Bu sahibkarlara güzəştlər ediləcək - Prezidentin SƏRƏNCAMI

İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlər müəyyən ediləcək.

KONKRET.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamda əksini tapıb.

Sərəncamla Nazirlər Kabinetinə bu istiqamətdə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*