KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kocaelinin içməli su ilə qarşılanan Yuvacık Anbarında suyun səviyyəsi 29 faizə düşüb. Bu isə o deməkdir ki, anbardakı suy şəhər üçün 76 gün kifayət edəcək.
Qeyd edək ki, Kocaelidə payız mövsümündə gözlənilən yağış hələ də bəndlərin yaşayış səviyyəsinə təsir etməyib. Şəhərin Başısqala rayonunda tutumu 51 milyon kubmetr olan Yuvacık Anbarında 15 milyon kubmetr su qalıb. Bu xəbəri Su və Kanalizasiya İdarəsinin rəsmi saytı yayıb.
Açıqlamada o da bildirilib ki, mümkün quraqlıq senarilərinə qarşı tədricən əlavə mənbələr tədarük etməyə başlanıb və lazım olduqda Sapanca gölündən su istifadə ediləcək.
