Bu şəhərdə rus imperatorunun heykəli SÖKÜLƏCƏKbackend

Bu şəhərdə rus imperatorunun heykəli SÖKÜLƏCƏK

Odessa hakimiyyəti Rusiya İmperatoru Yekaterinanın şəhərdəki heykəlinin götürülməsi qərarını dəstəkləyib.

KONKRET.az xəbər verir ki, bu barədə Odessa Şəhər Şurası öz rəsmi “Telegram” kanalında məlumat dərc edib.

Təşəbbüs noyabrın 30-da şəhər deputatları tərəfindən səsə qoyulacaq, bundan sonra abidə Yekaterininskaya meydanından “İmperator və Sovet keçmişi parkı”na köçürüləcək.

Odessa meri Gennadi Truxanov bildirib ki, Odessa sakinlərinin əksəriyyətinin hazırda Rusiyanın zülmünün simvolu kimi görünən abidənin sökülməsinin tərəfdarı olduğunu bildirdikdən sonra o, şəxsən bu planı dəstəkləyib.

Sorğuda şəhərin bir milyona yaxın əhalisinin yalnız 8 min nəfəri iştirak edib.

Ötən aylarda fəallar heykəlin başına qırmızı papaq taxıb, onun əlinə kəndir qoymuşdular.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*