Bu səhnələrə çəkilmək üçün 16 stəkan süd içibmişbackend

Bu səhnələrə çəkilmək üçün 16 stəkan süd içibmiş

Nicole Kidmanın baş rolda olduğu “Babygirl” filmi müzakirələrə səbəb olub.

KONKRET.az xəbər verir ki, Nicole Kidman və Harris Dickinsonun baş rollarını paylaşdığı “Babygirl” filmi açıq-saçıq səhnələri ilə sosial mediada geniş müzakirə olunub.

Filmdə Nicole Kidmanın canlandırdığı Romy obrazının dodağından Samuel obrazının süd içdiyi səhnə tamaşaçıların diqqətini çəkib. Kidman həmin səhnələrdə südün güc və münasibət dinamikalarını təmsil etdiyini bildirdiyini açıqlayıb.

Hits Radio-ya açıqlama verən məşhur aktrisa “Süd, peçenye və bu duyusal şeylərin hamısı güc mübarizəsində istifadə edilir,” deyə qeyd edib və səhnəni çəkərkən 16 stəkan süd içmək məcburiyyətində qaldığını əlavə edib.

Film Romy adlı işgüzar qadının həyat hekayəsi üzərində qurulub. Uğurlu  texnologiya şirkətinin CEO-su olan Romy təxminən 20 illik monoton evlilik həyatı sürür. O, gizli fantaziyalarını gerçəkləşdirmək üçün gənc stajyer Samuel ilə gizli münasibətə başlayır./milliaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*