Bu şəxslər ərikdən imtina etməlidirbackend

Bu şəxslər ərikdən imtina etməlidir

Əriyin insan orqanizmi üçün misilsiz faydaları var. O, qan damarlarının divarlarını gücləndirir, qocalmanı ləngidir, vitamin və minerallar ilə zəngindir. Lakin bəziləri üçün bu meyvə təhlükəlidir.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə terapevt Marina Konstantinova danışıb.

Terapevt bildirib ki, qastrit və ya xorası olan insanlar ərikdən imtina etməlidir:

“Allergik reaksiya, həmçinin mədə xorası, qastrit və bağırsaq iltihabı xəstəlikləri olduqda ərik yemək olmaz. Bundan əlavə, endokrin sistemin bəzi xəstəlikləri (qalxanvari vəzi, şəkərli diabet), böyrək və ürək xəstəlikləri olan insanlar üçün bu meyvə arzuolunmazdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*