Bu şəxslər Rasim Balayevin yerinə sədr olmaq istəyirlər – ADLARbackend

Bu şəxslər Rasim Balayevin yerinə sədr olmaq istəyirlər - ADLAR

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər məlum olub.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, həmin vəzifəyə iki namizəd var – Xalq artisti Şəfiqə Məmmədova və rejissor Əli İsa Cabbarov.

Kinematoqrafçılar İttifaqından bildirilib ki, sədrliyə namizədlərin adları qurultaya yaxın vaxtda mətbuata açıqlanacaq.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı mayın 26-da keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*