Bu şəxslərə uşaq pulu veriləcəkbackend

Bu şəxslərə uşaq pulu veriləcək

Uşağa görə əlavəni məhdudiyyət qoyulmadan işsiz kimi qeydiyyata alınan bütün sığortaolunanlar alacaq.

KONKRET.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, qanuna əsasən minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur.

Hazırda qüvvədə olan qanuna əsasən, himayəsində 18 yaşa çatmamış uşaq olan (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) və əmək münasibətlərinə dövlət orqanı və ya hüquqi şəxs ləğv edilməsi (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən) və işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatlarının ixtisar edilməsi (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən) ilə əlaqədar əsaslarla xitam verilmiş şəxslərin əsas sığorta ödənişinə bu Qanunla müəyyən olunmuş əlavə almaq hüququ var.

Bu şəxslərin sığorta ödənişinə əlavənin məbləği hər uşağa görə 5 faiz, lakin 20 faizdən çox olmamaq şərtilə artırılır.

Beləliklə, artıq bu, məhdudiyyət qoyulmadan işsiz kimi qeydiyyata alınan bütün sığortaolunanlara şamil ediləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

  • Namiq
    Dekabr 8, 2023 - 16:50

    Mən Əhmədov Namiq Hümmətəli
    9 ildir işsizəm sosial, müavinət da almıram.

  • AFQAN
    Dekabr 8, 2023 - 17:43

    Lənkəran Rayonu Diryan kənd sakini Əhmədov Əfqan Ağamirzə oğlu mən neçə ildir işzizəm və bir uşağımda ödənişli təhsil alır LDU.

    • Ramil
      Dekabr 8, 2023 - 18:05

      Deqiq deye bilersiz kimler ala bilecek?3 usaqim.var hec yerde islemirem.

  • Ramil
    Dekabr 8, 2023 - 18:06

    Deqiq deye bilersik kimler ala bilecek?3 usaqgim var hec yerde islemirem

  • Maqa
    Dekabr 8, 2023 - 19:12

    Yaxşısı lotoreya keçirin kimin adı çıxdı ona düşsün 😄😄😄

  • Ələkbərova Nigar
    Dekabr 8, 2023 - 21:11

    Mənim iki övladim var.biri birinci qurup əlilidir.işsizəm.mənə düşür?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*