Azərbaycan Dəmir Yolları QSC-yə (ADY) məxsus ADY Ekspress MMC-nin direktoru Əkbər Mədətli vəzifəsindən azad edilib.
KONKRET.az Report-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Azad Qasımova həvalə olunub.
O, bundan əvvəl də – 2022-ci ilin noyabr ayına qədər “ADY Ekspress”ə rəhbərlik edib.
