Siz heç bilirdinizmi, ABŞ-ın dünyaca tanınmış Alkatras adasındakı həbsxanada məhbuslar ilıq suda duş qəbul edirmişlər.
KONKRET.az xəbər verir ki, bu, heç də dövlətin humanistliyindən irəli gəlmirmiş. Əsas məqsəd o imiş ki, rahatlığa öyrəşmiş məhbuslar soyuq San-Fransisko körfəzində üzərək qaçmağı arzu etməsinlər. Çünki bir neçə dəfə məhbusların həmin həbsxanadan qaçmaq cəhdləri ilə bağlı hadisələr türmə rəhbərliyini ciddi narahat edirmiş.
Xatırladaq ki, Alkatras həbsxanası 1963-cü ilə qədər fəaliyyət göstərib və hazırda muzey kimi turistlərin ixtiyarına verilib.
Burada xüsusilə təhlükəli cinayətkarlar saxlanılırmış.
Rəsmiyyə Şərifova,
KONKRET.az
