Bu tərəvəzlər ağciyər sağlamlığı üçün FAYDALIDIRbackend

Bu tərəvəzlər ağciyər sağlamlığı üçün FAYDALIDIR

Kopenhagen Universitetinin alimləri bəzi tərəvəzlərin ağciyər xəstəliklərinin və astmatik sindromların qarşısını almağa kömək edəcəyini müəyyən ediblər.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmaya görə, yaşıl yarpaqlı tərəvəzlər yemək ağciyərlərin sağlamlığı üçün son dərəcə faydalıdır.

Qeyd olunub ki, bu qidalar K vitamini ilə zəngindir.

Yeni bir araşdırmaya görə, qanda K vitamini səviyyəsi aşağı olan insanlarda ağciyər funksiyasının zəifləməsi ehtimalı daha yüksəkdir və onlar astma, xroniki obstruktiv ağciyər xəstəliyidən əziyyət çəkirlər.

Alimlər qeyd edirlər ki, K vitamininin ən yüksək miqdarı brokoli, ispanaq, kələm, dənli bitkilər və bitki yağlarındadır.

K vitamini qanın laxtalanmasında rol oynayır və bununla da yaraların sağalmasına kömək edir. Lakin bunun ağciyər sağlamlığındakı rolu yalnız bir müddətdir məlumdur.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*